Bakı və respublika ərazisində silah-sursatın könüllü təhvil verilməsi davam edir. Bu haqda bu gün, 25 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Dekabrın 23-də və 24-də polis əməkdaşları paytaxtda və ölkənin müxtəlif rayonlarında avtomat, 2 tapança və 10 müxtəlif markalı tüfəng təhvil alıblar.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.