Bakıya qaçaqmalçılıq yolu ilə gətirilən pirotexniki vasitələr aşkarlanıb. Bu haqda bu gün, 11 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
38 yaşlı İlham Zakiroğlu pirotexniki vasitələri Gürcüstan Respublikasından ölkəyə gətirərək Gəncə şəhərində anbarda saxlayır, daha sonra respublikanın müxtəlif rayonlarına, eləcə də “Sədərək” Ticarət Mərkəzində mağazalara topdansatışını təşkil edirdi.
Keçirilən əməliyyat zamanı İ.Zakiroğlu saxlanılıb, ümumilikdə “qara bazar”da 300.000 AZN dəyəri olan pirotexniki vasitələr dövriyyədən çıxarılıb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.