Aparıcı İlkin Həsəni avtomobilindən lentə aldığı görüntüləri yayımlayaraq polisə müraciət edib.
Axaşam.аz xəbər verir ki, aparıcı siqaret kötüyünü maşınından yola atan sürücüdən polisə şikayət edib və onun cərimələnməsini istəyib:
"Tərif etdiyim kimi tənqidim də var. Zəhmət olmasa, bu görüntü əsasında tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə sürücünü 300 manat cərimələyin və mənə cərimə haqqında məlumat verin".
Qeyd edək ki, ötən həftə İnzibati Xətalar Məcəlləsində tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləğinin 50 manatdan 300 manata qaldırılması təklif olunub.