“Lufthansa” aviaşirkəti Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına birbaşa müntəzəm reyslərini bərpa edib. Bu haqda 10 dekabr tarixində Oxu.az xəbər verib.
Bakıdan Frankfurta və geriyə birbaşa müntəzəm reysləri aviaşirkət noyabr ayından başlayaraq təklif edib. Bu barədə Karsten Tsanq, “Lufthansa Group”un Ukrayna, Belarus, Türkmənistan və Cənubi Qafqaz üzrə baş direktoru müraciətində qeyd edib.
Aviaşirkət öz sərnişinlərinə həftədə 4 reys təklif edir - bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri Bakıdan uçuş saat 04:45-də və çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri Bakıya gəliş saat 21:30-da həyata keçiriləcək.
Təyyarə tipi - “Airbus A320”, iki xidmət sinfi mövcuddur: biznes və ekonom siniflər.