18 dekabr tarixində Anar Kərimov artıq adət-ənənə halını almış ağacəkmə aksiyasına qoşulub. Bu haqda Mədəniyyət Nazirliyinin mətuat xidməti məlumat yayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunmuş aksiyada nazirliyin rəsmiləri, Energetika Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri və könüllülərdə iştirak edib.
Ağacəkmə zamanı 2,2 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 2000 ədəd Eldar şamı, sərv, zeytun ağacları əkilib.
[URIS id=20922]