Müdafiə Sənayesi Nazirliyi rəhbərliyində dəyişiklik olub. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub. O, 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.