Baş nazir Əli Əsədov yeni Qərar imzalayıb. Bu haqda bu gün, 17 aprel tarixində Bakuplus.az xəbər verir.
Bundan sonra Bakı şəhəri Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində dövlət mülkiyyətində 3,375 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. Burada qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası tikiləcək.
Bu Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.