“Abzas Media”nın direktor müavini barəsində qərar verilib. Bu haqda bu gün, 24 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Xətai rayon Məhkəməsinin qərarı ilə Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs barəsində qaçaqmalçılıq maddəsi üzrə cinayət işi açılıb.
Daha öncə “Abzas Media” saytının direktoru və baş redaktoru barəsində həbs qətimkan tədbiri seçilib.