“Abzas Media” saytının daha bir əməkdaşı saxlanılıb. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Xətai rayon məhkəməsinin qərarına əsasən, Nərgiz Absalamova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona qarşı qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb.
Daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı barəsində eyni maddə üzrə ittiham irəli sürülərək saxlanılıblar.