Bakıda məşhur attraksion yenidən istifadəyə verilir. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
“Yeni Bulvar”da yerləşən “Şeytan çarxı”na baxış keçirilməsi məqsədilə Niderlanndan ekspertlər dəvət olunublar. Onlar çarxın istismara yararlılığına dair rəy veriblər.
2014-cü ildən fəaliyyət göstərən attraksionun diametri 60 m-dir və 30 kabinədən ibarətdir.
Küləkli hava şəraitində attraksionun fəaliyyəti təhlükəsizlik səbəbindən dayandırılır.