Bakıdan olan SSRİ Xalq artisti vəfat edib. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az xəbər verir.
Sovet və rus bəstəkarı, dirijor, pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti və Rusiya Federasiyasının Əmək Qəhrəmanı Murad Kazlayev 92 yaşında dünyasını dəyişib.
Murad Kazlayev Bakı şəhərində həkim ailəsində dünyaya göz açıb. O, Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki 10 illik orta ixtisas musiqi məktəbini fortepiano ixtisasını, daha sonra Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfini keçib.