Bu gün Əməkdar rəssam Ağasaleh Nuriyevin doğum günüdür.
O, 1940-cı ilin 28 mart tarixində Bakıda anadan olub. Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, Kiyev Dövlət Rəssamlıq İnstitutunu Rəssam-monumentalçı ixtisası üzrə bitirib.
Rəssamın əsərləri xarici ölkələrin sərgilərində nümayiş olunub. Azərbaycan Rəssamlar İttifaqında, Səməd Vurğunun Ev-Muzeyində vitraj kompozisiyalarının, AMEA Əlyazmalar İnstitutunda M.Füzuli və M.Ş.Vazehin vitraj portretləri və Bibiheybət məscidində vitrajların müəllifidir.
Rəssam “Musiqiçilər” kompozisiyası ilə Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak edərək medal ilə mükafatlandırılıb.
Ağasaleh Nuriyev 2023-cü ildə vəfat edib.