Yeni tədris ilinin başlamasına az bir vaxt qalıb. Uşaqlar 3 aylıq tətildən sonra məktəbə, valideynlər isə məktəb üçün alış-verişə hazırlaşırlar. Elə buna görə də bazarlarda canlanma müşahidə edilir.
Xezerxeber məlumat verir ki, ötən illə müqayisədə bu il bəzi məhsulların qiymətində artım müşahidə olunur. Bahalaşan məhsullar arasında çantalar, dəftərlərdir və bu məhsulların qiymətində də 20 faizə qədər qiymət dəyişikliyi olub.
Alıcılar isə bildirirlər ki, aşağı siniflərdə oxuyan şagirdlərə lazım olan ləvazimatların qiyməti yuxarı siniflərlə müqayisədə daha bahadır. Bəzi digər xırda məktəbli ləvazimatlarının da qiymətlərində cüzi artım var.