Bu gün sosial şəbəkələrdə müğənni Arzu Rzayevin vəfat etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Bizim.Media-ya istinadən məlumat verir.
Bununla bağlı müğənni özü açıqlama verib: “Bilmirəm, nəyə görə mənim ölüm xəbərimi yayıblar. Səhərdən mənim bu nömrəmə nə qədər insanlar zəng ediblər. Ölkə xaricindən – İsraildən və Türkiyədən dostlarım şok vəziyyətində mənə zəng edirlər. Bu xoşagəlməz xəbərləri yayanlara bir tək sözüm var: Sizə ayıb olsun. Mən sağam... Amma bilmək olmaz, bir saniyədən sonra nə olacaq. İnsanı diri-diri necə öldürmək olar? Allah hamının köməyi olsun”.