Bakının Xəzər rayonu, Mərdəkən qəsəbəsinin əsas küçələrinin birində yerləşən işıqfor işləmir. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az xəbər verir.
Söhbət Sergey Yesenin və 28 May küçələrinin kəsişməsindən gedir. Sakinlərin sözlərinə görə, ərazidə olan işıqfor bir neçə gündür fəaliyyət göstərmir. Bu da həm sürücülər, həm də piyadalar üçün çətinliklər yaradır.
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/12/bakuplus-logo-1x1_12.mp4"][/video]