Xəzər rayonunda dənizdə batan adamın cəsədi tapılıb. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Mərdəkan qəsəbəsində baş verib. Xilasetmə məntəqəsindən 1 km aralıda batan şəxsin meyiti tapılıb. FHN-in əməkdaşları cəsədi aidiyyəti üzrə təhvil veriblər.
Ötən gün bir nəfərin dənizdə batması ilə bağlı məlumat verilmişdi.