İctimai TV-də yayımlanan “Milyonların şousu” intellektual verilişində iştirak edən oyunçu yeni rekorda imza atıb. Bu haqda bu gün, 15 yanvar tarixində Bakuplus.az məlumat verir.
Mərkəzi Neftçilər Xəstəxanasının oftalmoloqu Namiq Mustafayev 15 sualdan 14-nü düzgün cavablandıraraq 25.000 manat qazanıb. Bununla həkim 15-ci suala çatan ilk oyunçu olub.
O, 100.000 manata dəyərləndirilən sonuncu suala cavab verməkdən imtina edib.
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/01/sequence-013-1.mp4"][/video]