Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda növbədənkənar prezident seçkilərinin tarixini təyin edib. Bunu MSK-nın sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün, 8 dekabr tarixində keçirilən iclasında deyib.
Qərara əsasən, növbədənkənar prezident seçkiləri gələn il fevralın 7-nə təyin edilib.
Dekabrın 7-də prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında Sərəncam imzalayıb.