Azərbaycan məscidlərində bayram namazının qılınacağı vaxt açıqlanıb. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən xəbər verir.
Ramazan bayramı namazı Əjdərbəy məscidində 10 aprel saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq.
Qurumdan bildirilib ki, digər məscidlərdə də namaz vaxtını məscid imamları camaatın istəyinə uyğun olaraq müəyyənləşdirə bilərlər.