Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində qardaşının həyətinə qumbara atan şəxsə hökm oxunub. Bu haqda bu gün, 12 yanvar tarixində Report məlumat verib.
Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilib. Hökmə əsasən, qardaşını qumbara ilə öldürməyə cəhddə təqsirləndirilən Ramin İsakov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin iyul ayında baş verib. Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı İsakov qardaşının Maştağada yerləşən evinin həyətinə qumbara atıb. Evdə qardaşından başqa iki azyaşlı uşağı və arvadı da olub. Xoşbəxtlikdən heç kim xəsarət almamışdır.