Aeroport yolunda dəyişiklik edilib. Bu haqda bu gün, 13 yanvar tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Küləkli və yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Həmçinin bütün məlumat və sürət tablolarında “Güclü külək” və "sürüşkən yol” işarəsi qoyulub.
Sürücülərdən diqqətli olmaları xahiş olunur.