Magistral yollarda arakəsmələr düzgün quraşdırılıbmı? Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Ekspertlərin sözlərinə görə, "Nyu-Cersi baryeri" adlanan bu beton arakəsmələrin məqsədi avtomobilin əks-istiqamətli digər yola keçməsinin qarşısını almaq, eləcə də qəza zamanı ölüm riskini azaltmaqdır.
“Onların düzgün düzülüş qaydası ara məsafəsi olmadan, yəni bitişik halda olandır. Azərbaycanda isə bu beton sədlər məsafəli düzüldüyündən qəza zamanı nəqliyyat vasitəsi həmin boşluqlara ilişir və qəzanın fəsadları daha şiddətli olur”, – deyə nəqliyyat eksperti Rauf Ağamirzəyev qeyd edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məsələ ilə bağlı bildirilib ki, həmin beton arakəsmələr ancaq sürət həddi aşağı olan yollardadır. Bu cür yollarda sürücülər sürət həddinə riayət etsələr, həmin məneələr də heç bir ölüm riski yaratmaz.