Magistraturaya qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başlayıb. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu 8 aprel saat 23:59-a qədər davam edəcək.
Fevral ayında olan qəbul imtahanına sənəd verən bakalavrlar imtahanın 2-ci cəhdində iştirak etmək üçün “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib, mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla qeydiyyatdan keçirlər.
Qəbul imtahanının 2-ci cəhdi 28 aprel tarixində keçiriləcək. Əlavə məlumatı buradan almaq olar.