Növbəti aydan etibarən Mahaçqala - Bakı reysləri açılacaq.
Bu haqda 16 dekabr tarixində Trend Mahaçqala hava limanının mətbuat xidmətinə istinadən xəbər verib.
Uçuşlar yanvarın 1-dən “S7 Airlines” aviaşirkəti tərəfindən həftənin şənbə günləri “Boeing 737-800” təyyarələri ilə həyata keçiriləcək.
Biletlər artıq aviaşirkətin səhifəsində satışa çıxarılıb.