top
Makronun adamları Bakıda istintaqa cəlb olunub - Şok detallar
30 sentyabr 2024, 06:00
- ↺ +

Makronun adamları Bakıda istintaqa cəlb olunub - Şok detallar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol



“Qafqazinfo” xəbər verir ki, məqalədə Makronun sarayında cərəyan edən beynəlxalq korrupsiya prosesləri və aidiyyəti şəxslərin ifşa olunaraq Azərbaycanda məsuliyyətə cəlb edildiyi kimi yeni sensasion fakt açıqlanıb.

Milyarderlərə beynəlxalq sanksiyaların tətbiqinin bəzi hallarda onlara maddi məqsədlərlə təzyiq edilməsi ilə bağlı olduğu, sonradan onlarla yüksək siyasi dairələr arasında gizli sövdələşmələr edildiyi ilə bağlı iddialar zamanla səsləndirilib.

Bu mövzuda son vaxtlar qabarmaqda olan bir iş xüsusilə diqqət çəkir.

2018-ci ildə Azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədov dünyanın ən bahalılarından olan “Luna” adlı məşhur yaxtasının Dubay şəhərində həbsdən azad edilməsi və gələcəkdə də özünün və əmlaklarının sanksiyalardan qorunması ilə bağlı Fransa Prezidenti E.Makronun mühafizə xidmətinin rəisi Aleksandre Benalla ilə danışıqlar aparıb və A.Benalla 6.140.000 ABŞ dolları məbləğində ilkin rüşvət müqabilində bu məsələni aidiyyəti səviyyələrdə həll edəcəyini öz öhdəsinə götürüb.

Qarşılıqlı razılığa uyğun olaraq, F.Əhmədov həmin pulun yarısını A.Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”ın Fransa filialında açılmış bank hesabına və A.Benallanın adamı, onun kimi Mərakeşəsilli Fransa vətəndaşı olan Anass Derrazın “AL HİLAL BANK”da açılmış bank hesabına köçürüb.

F.Əhmədovun təsərrüfatının bir hissəsi Azərbaycanda olduğundan göstərilən tranzaksiya əməliyyatları Azərbaycanın daxili təhlükəsizlik orqanlarının diqqətini cəlb edib və onlar araşdırmalardan sonra bu faktla bağlı cinayət işi başlayıblar.

Həmçinin, məlum olur ki, daha əvvəl Fransanın özündə A.Benallanın barəsində olan məşhur cinayət işi üzrə bu hissə ört-basdır edilib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq orqanı A.Benallanın törətdiyi cinayətdə iştirakı olan, “xüsusi xidmətləri”nə görə sonradan Fransanın ən nəhəng su və kanalizasiya sistemləri çəkilişlərini həyata keçirən  beynəlxalq şirkəti - “Saur” şirkətinin vitse-prezidenti vəzifəsinə yüksəlmiş A.Derrazı Bakıda cinayət məsuliyyətinə cəlb edərək, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçib.

Fotoda Anass Derraz

A.Derraz bununla bağlı Fransanın Azərbaycandakı səfirliyinə müraciət etsə də, səfirlik müraciətlərinin ardı-arası kəsilməyən A.Derrazı müdafiə etməkdə acizlik nümayiş etdirir.

A.Derrazın müdafiəçilərinə məlum olur ki, Fransanın aidiyyəti qurumlarına cinayət işinin detalları ilə bağlı Azərbaycan tərəfinin rəsmi hüquqi sorğusu daxil olsa da, sorğuya cavab verməli olan həmin qurumlar məsələnin mahiyyətinə görə çətin vəziyyət qarşısında qalıblar.

Onlar daha çox beynəlxalq sanksiyada olan şəxslərdən rüşvət alınması mövzusunun ictimailəşməsinin doğuracağı nəticələrdən ehtiyatlanır.

Yaxında uzunmüddətli beynəlxalq qalmaqala çevriləcəyi görünən mövzunu xüsusi diqqətlə izləyirik”.

Qeyd edək ki, bütün fotoşəkillərdə Makronun bilavasitə yanında olan məşhur Aleksandre Benalla Makronun şəxsi mühafizəsinə rəhbərlik edib, Fransa Prezidenti Administrasiyası rəhbərinin müavini olub.

Benalla Makrona qarşı etiraz aksiyalarında özbaşına olaraq polis formasında jurnalistlərə zorakılıqdan tutmuş, işdən azad edildikdən sonra belə Fransa diplomatik pasportu ilə təmin edilməsinədək çoxsaylı cinayət əməlləri ilə rəsmən cinayət məsuliyyətinə məruz qalsa da, Fransada “görünməz əl” onu məsuliyyətdən qoruyub (hətta beynəlxalq silah alqı-satqılarında şəxsən iştirak edib).

Avropa qurumlarının əli ilə sanksiya tətbiq edilmiş milyarderlərdən Parisə rüşvət tranzaksiyaları sənədlərinin ictimailəşdirilməsi Fransa tarixi üçün uzunmüddətli beynəlxalq korrupsiya ləkəsi olacaq.

Son xəbərlər

Xəbər
Bu gün, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Oxşar xəbərlər