Həkim geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq edib. Bu haqda bu gün, 11 dekabr tarixində Bakuplus.az “Bizim.Media”ya istinadən xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, 11 dekabr tarixində meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün heç də əlverişli deyil.
Həkim Rasif Bağırov bununla bağlı bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarınının vacibliyini qeyd edib:
“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Məsələn qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir. Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava, hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə səbəb ola bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”, – deyə o əlavə edib.