Metroda dünyasını dəyişən kişi müğənninin atası imiş. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Metropolitenin “Nəriman Nərimanov” stansiyasından çıxan zaman vəfat edən 61 yaşlı Məlik Məlikzadə gənc müğənni Çinarə Məlikzadənin atası olub. M.Məlikzadə dənizçi kimi işləyib.
Daha öncə metroda bir nəfərin dünyasını dəyişdiyi barədə məlumat verilmişdi.