Ötən gün Bakı metrosu tarixi rekorda yaxınlaşıb. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Belə ki, 24 noyabr tarixində metropoliten 867.310 sərnişinə xidmət göstərib. Belə rəqəmlər həmin gün paytaxtda rəsmi tədbirlərin keçirilməsi ilə əlaqədar olub.
Bakı metrosunun tarixində ən çox sərnişin daşınması 2018-ci ilin 24 dekabr tarixində qeydə alınıb. Həmin gün 882.254 nəfər yeraltı nəqliyyatdan istifadə edib.