Azərbaycanda meymunçiçəyi ilə bağlı şübhəli hallar qeydə alınmayıb.
Report xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyindən məlumat verilib.
Əlavə olunub ki, ölkə ərazisində, xüsusi ilə sərhəd keçid məntəqələrində meymunçiçəyinə şübhəli hallar üzərində epidemioloji nəzarət gücləndirilib.