Qaradağ rayonunun Ümid qəsəbəsində anasını öldürən kişi haqqında təfərrüatlar bəlli olub. Bu haqda bu gün, 23 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Mərhumun qohumunun sözlərinə görə, ana və oğul tez-tez mübahisə ediblər.
"Hadisə baş verən vaxt işdə olmuşuq. Zəng gəldi ki, belə bir hadisə olub. Aralarında dava olurdu, eşidirdik. Ancaq inanmazdıq ki, belə bir işə əl ata bilər. Oğlan ailəli idi, 2 uşağı var idi. Həyat yoldaşından boşanıb. Yəqin ki, bu hadisə də ona görə baş verib. Psixi vəziyyəti yaxşı olmayıb, başı çönüb, kimisə günahkar axtarıb", - deyə qohum qeyd edib.
Hadisəni törədənin atasının sözlərinə görə, o, səhər 6-da işə gedəndə hər şey qaydasında olub. Bir müddət sonra ona işə zəng gələrək belə bir hadisənin baş verdiyi bildirilib.
Araşdırmalar davam edir.