Paytaxtın Yasamal rayonunda, Mikayıl Müşfiq küçəsində (Parlament prospekti ilə Badamdar şosesi arasına düşən hissə) təmir işləri aparılıb. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az məlumat verir.
Küçənin hər iki istiqamətində üfüqi nişanlanma xətləri yenilənib. Küçə tam istismara təhvil verilib.
Bununla yanaşı, gecə saatlarında analoji işlər Bakı-Quba yolunun “Şamaxinka” - “VAZ dairəsi” hissəsində aparılıb. Həmin ərazidə də hərəkət bərpa olunub.
[caption id="attachment_106119" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]