Yasamal rayonunda küçələrdən biri bağlanacaq. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Mikayıl Müşfiq küçəsində hərəkətə müvəqqəti olaraq qismən məhdudiyyət qoyulacaq. Səbəb küçənin Parlament prospektindən Badamdar şosesinə qədər olan hissəsində nişanlanma xətlərinin rənglənməsidir.
Təmir işləri bu gün saat 23:00-dan növbəti gün saat 05:00-a qədər davam edəcək. Sürücülərdən diqqətli olmaları xahiş olunur.