Qadınlardan ibarət milli komandanın Bakıda keçiriləcək oyunu üçün ekspres marşrutlar təşkil olunacaq. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az AFFA-ya istinadən xəbər verir.
UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək matç “Dalğa Arena”da baş tutacaq. Bununla əlaqədar Azarkeşlər “Koroğlu” m/s-dən stadiona ödənişsiz ekspres marşrutlar təşkil olunacaq.
Avtobuslar saat 17:00-dan etibarən “Koroğlu” m/s-nin dayanacağından stadiona yola düşəcək.
Azərbaycan - Farer Adaları qarşılaşması bu gün saat 19:00-da başlayacaq.