Polkovnik Gündüz Əbdülov Milli Müdafiə Universitetinin rektoru vəzifəsinə təyin olunub. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Universiteti idarə edən Heydər Piriyev isə vəzifəsindən azad edilib.
Əbdülov bundan əvvəl Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri idi.