Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ölkədə ilk dəfə olaraq el arasında “toyuq korluğu” adlandırılan göz qişasının taperetinal abiotrofiyasından əziyyət çəkən xəstə üzərində əməliyyat aparılıb. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Mərkəzin oftalmoloqu, tibb üzrə fəlsəfə doktoru Nərminə Hacıyeva “toyuq korluğu”ndan əziyyət çəkən xəstənin gözünə kök hüceyrə implantasiyası üzrə ölkədə ilk əməliyyatı uğurla həyata keçirib.
“Toyuq korluğu” genetik xəstəlikdir və daha çox qohum nikahlarından doğulan uşaqlarda rast gəlinir. Xəstəlik qaranlıqda görmə kəskinliyinin azalması şəklində özünü göstərir, insanın işıqlandırmanın azalmasına alışması uzun müddət çəkir və o, qaranlıqda obyektlərin konturlarını ayırd edə bilmir.
[URIS id=122788]