Ağdamda baş vermiş mina partlayışı nəticəsində xəsarət alan ANAMA əməkdaşı Zaur Mahmudov Gəncədən Bakıya gətirilib. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
O, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. Mahmudovun vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Bundan əvvəl o, Ağdam Rayon Xəstəxanasından Gəncə Mərkəzi Kliniki Xəstəxanasına yerləşdirilib.
Daha öncə məlum olub ki, dekabrın 26-da Ağdam rayonunun Sarıcalı kəndinin işğaldan azad edilmiş ərazisində ANAMA-nın əməkdaşı, 41 yaşlı Zaur Mahmudov xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə minaya düşüb.