Əmlak agentliyinin direktorunun məhkəməsi keçirilib. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə “Zamin” əmlak agentliyinin direktoru və əməkdaşlarının cinayət işinə baxılıb. Qərara əsasən, indiyədək ev dustaqlığında olan Orxan Əliyev və Natiq Şahmuradov məhkəmə zalında həbs olunublar.
Proses 21 dekabr tarixində davam edəcək.
Təqsirləndirilən şəxslər 78 vətəndaşa qarşı 1 milyon 490 min 200 AZN məbləğində dələduzluq etməkdə ittiham olunurlar.