Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında “Açıq qapı” günü təşkil olunacaq. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az universitetin rəsmi İnstagram səhifəsinə istinadən xəbər verir.
M.V.Lomonosov adına universitetdə 2024/2025-ci illərdə bakalavr və magistr təhsili almaq istəyənlər tədbirdə iştirak edə bilərlər.
“Açıq qapı” günü dekabrın 2-də saat 14:00-da Bakı şəhəri, Hüseyn Cavid prospekti, 133 ünvanında, “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında baş tutacaq. Daha sonra, saat 15:30-da isə universitetin kampusuna ekskursiya olacaq.
Ətraflı məlumat üçün 012 598 93 32 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.