Moskvada bədbəxt hadisə nəticəsində dünyasını dəyişən azərbaycanlının nəşi Bakıya gətirilərək dəfn olunub. Bu haqda bu gün, 3 fevral tarixində Qafqazinfo məlumat verib.
İş adamı Qafur Məmmədəliyev Rusiyanın paytaxtında mağaza işlədib. Obyektdə baş vermiş yanğın zamanı o, malları çıxarmaq istəyərkən tüstüdən zəhərlənib. Kişi hadisə yerində keçinib.
[caption id="attachment_89360" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]