Bakının Yasamal rayonu, İnşaatçılar prospektində yaşayış binasının təmirinə başlanılıb. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az xəbər verir.
Statistika dairəsinin yaxınlığında yerləşən tikilinin fasadında yenidənqurma işləri aparılır. Bununla bağlı binanın ətrafında dəmir konstruksiyalar quraşdırılır, piyadalar üçün təhlükəsizlik tədbirləri görülür.
Təmir işləri səbəbindən piyada səkisində hərəkət qismən məhdudlaşdırılıb.