Mərkəzi Nəbatat Bağında abadlıq işləri aparılır. Bu haqda bu gün, 10 fevral tarixində Azərtac Mərkəzi Nəbatat Bağına istinadən məlumat verib.
İşlər çərçivəsində torpaq gübrələnir, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri görülür, torpaq səthinin hamarlanması, alaq otlarının təmizlənməsi, ağacların budanması prosesləri də həyata keçirilir.
Bağda bitki kolleksiyası artırılır. Belə ki, dərman bitkiləri sahəsində gənc alimlərin iştirakı ilə acı yovşan (Artemisia absinthium) toxumlarının səpininə başlanılıb.
Gənc alim Aynur Ərəbzadə qeyd edib ki, yovşan bitkisi orqanizmdəki iltihabi infeksiyaları öldürür, bir çox əsəb xəstəliklərini, qurdları, yuxusuzluğu, maddələr mübadiləsinin pozulmasını və digər xəstəlikləri müalicə edir.