Nərimanov rayonunda təmir işləri aparılır. Bu haqda 14 noyabr tarixində Bakuplus.az Nərimanov Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Gediş-gəlişin sıx olduğu və sakinlərin tez-tez istifadə etdikləri ərazi olan “Nəriman Nərimanov” metro stansiyasının çıxışında yerləşən meydançada əsaslı təmir işləri aparılır. Belə ki, yararsız vəziyyətdə olan daş örtüyü yenisi ilə əvəz olunur, meydança müasir görkəmdə yenidən qurulur.
Məlumat verilir ki, işlərin qısa vaxt ərzində yekunlaşdırılması nəzərdə tutulub.
[URIS id=79027]