Bakıda polis idarəsində kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 9 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi polis mayoru Cavid İsmayılov tutduğu vəzifədən azad edilib. O, Nərimanov RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.