Paytaxtın Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsi 6/26 ünvanında ağacları qanunsuz kəsən şəxs cəzalandırılıb. Bu haqda bu gün, 16 noyabr tarixində Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səbri Qədirov törətdiyi əməl nəticəsində təbiətə 2200 manat ziyan vurub.
Faktla bağlı toplanmış materiallar Nərimanov rayon Prokurorluğuna göndərilib.
Bundan əvvəl, 15 noyabr tarixində paytaxtın Nəsimi rayonunda ağacları kəsən şirkət barəsində cinayət işi açılmışdır.