Bakının Nərimanov rayonunda, Mayakovski küçəsi 15 ünvanında qəzalı vəziyyətdə olan binadan insanların köçürülməsinə başlanılıb. Bu haqda bu gün, 23 fevral tarixində Baku.ws məlumat verib.
Sakinlərə söküləcək mənzilləri müqabilində kompensasiyalar təklif olunub. Kompensasiyanın məbləği 2000 manatdır.
FHN bu ünvanda yerləşən yataqxana binasının qəzalı vəziyyətdə olduğunu bildirib.