Bakının Nərimanov rayonunda tibb işçilərinin peşə bayramı qeyd olunub. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin (RH) başçısı Elgin Həbibullayev, YAP Nərimanov Rayon Təşkilatının sədri, bələdiyyə sədri, RİHB-nin müavinləri və tibb işçiləri iştirak ediblər.
Çıxışlar zamanı Vətən müharibəsi və COVİD-19 pandemiyası dövründə tibb işçilərinin fədakarlığı xüsusi qeyd edilib. Tədbir bədii proqramla davam edib.
[caption id="attachment_103754" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]