Paytaxtın Nərimanov rayonunda yerləşən və uzun müddətdir tikintisi dayandırılan binalar sökülür. Bu haqda bu gün, 13 fevral tarixində Qafqazinfo məlumat verib.
Belə ki, binalardan birinin tikintisi binanın layihədə nəzərdə tutulmayan formada inşa edilməsi müəyyən edildiyinə görə məhkəmə qərarı ilə 2 il əvvəl dayandırılıb.
Daha bir bina Ağa Nemətulla küçəsi ilə Yusif Vəzir Çəmənzəminli küçəsinin kəsişməsində sökülür.
İşlər Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən aparılır.