Paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi, “Metropark” ticarət mərkəzinin yaxınlığında piyada yolunu zəbt edən tikili sökülüb. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
İcra Hakimiyyətindən bildirilib ki, məsələyə dərhal müdaxilə edilib, əlavə tikinti sökülüb və ərazi təmizlənib.
Ötən gün sosial şəbəkələrdə adıçəkilən ərazidə piyada yolunun obyekt üçün zəbt edilməsi barədə məlumatlar yayılmışdır.
[URIS id=52334]