Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə səyyar görüş keçirib. Bu haqda BakuPlus.az İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən bu gün, 24 noyabr tarixində xəbər verir.
Nərimanov Rayonu İcra hakimiyyətinin başçısı Elgin Həbibullayev Nərimanov rayonu 193 saylı tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul keçirib.
Görüşdə RİHBA-nın məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Qəbula gələn vətəndaşlar RİH başçısı tərəfindən fərdi qaydada dinlənilib, onların səsləndirdikləri problemlərin qısa müddətdə həll olunması istiqamətində tədbirlər müəyyənləşdirilib.
Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.