top
Nərimanovda iki yataqxana sökülür
13 fevral 2023, 05:52
- ↺ +

Nərimanovda iki yataqxana sökülür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski, 212 ünvanında yerləşən keçmiş Bakı Şin Zavodunun iki istismara yararsız vəziyyətdə olan dördmərtəbəli yataqxanası söküləcək. Bu haqda bu gün, 13 fevral tarixində APA məlumat verib.

Yataqxanalarda ümumilikdə 140 ailə məskunlaşıb.

Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumların nümayəndələri binalara baxış keçirərək toplanmış sənədləri Nazirlər Kabinetinə təqdim ediblər.

Sakinlər bildiriblər ki, onlardan müvafiq sənədləri rayon İcra Hakimiyyətinin və kommunal xidmətlərin əməkdaşları toplayırlar. Bu istiqamətdə işlərin sürətləndirilməsi üçün rayonda səyyar vaqon-qərargah da quraşdırılıb, sənədlərin toplanması başa çatdırılır. Sənədlərin toplanması başa çatdıqdan sonra yataqxanaların sökülməsinə başlanılacaq.

Sakinlərin sözlərinə əsasən, yaşadıqları mənzillərə görə kompensasiya təklif edilsə də, onlar mövcud yataqxanaların yerində tikiləcək yeni evlərdən mənzillə təmin olunmaq variantına üstünlük veriblər.

Hələlik sakinlərin köçürülməsi şərtləri ilə bağlı yekun qərar yoxdur.

Sözügedən yataqxanalar 1956-cı ildə tikilib. Hazırda orada, əsasən, zavodun keçmiş işçiləri yaşayırlar.

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər